AFFA bu futbolçunu müsahibəsinə görə cəzalandırdı

media-hightechnic-468x90

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az  xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Kəpəz”lə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” klubu daha 5000 manat cərimə ödəyəcək.

Oyundan sonra “Karvan-Yevlax”ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına alan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa