AFFA-dan RAZILIQ - Avrokubok oyunlarına azarkeşlər buraxılacaq

media-hightechnic-468x90

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Yenicag.az-ın məlumatına görə, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, “Neftçi” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlanacaq.

İyulun 22-də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda İsrail “Aşdod”u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq. Bu görüş saat 20:00-da başlanacaq.

“Sumqayıt” eyni mərhələdə Serbiya “Çukariçki”si ilə, “Keşlə” isə Rusiya “Soçi”si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600