Afrikalı qaçaqlar dənizdən xilas edildi
İtaliyaya getməyə çalışan Afrika mənşəli qaçaqların gəmisi Aralıq dənizində xarab olub.
Yenicag.az musavat-a istinadən bildirir ki, dənizin ortasında qalmış 81 afrikalını Tunis sahil təhlükəsizlik qüvvələri xilas edib. Bu barədə Tunisin Qırmızı Aypara Təşkilatı məlumat verib.
Təşkilatın şöbə rəisi Munci Səlim bildirib ki, qaçaqlardan 19 nəfəri somalili, 40 nəfəri nigeriyalı digərləri isə Afrikanın müxtəlif ölkələrindən olub. Səlim qeyd edib ki, qaçaqlar ölkənin qərbindəki Zuvvara limanından dünən yola çıxıb və gəmi dənizin ortasında xarab olub.