“Ağa durur, Ağacan durur” – Tehranın Zəngəzur azarı NİYƏ ÇÖZÜLMÜR?

media-hightechnic-468x90

“Təbii ki, İran Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni etdi. Çünki dəhliz işə düşəndən sonra Azərbaycanın İrandan asılılığı faktiki olaraq sıfırlanacaq. Hazırkı şəraitdə quru yol olaraq yalnız İran ərazisindən keçməyə məcburuq və bu, təbii ki, Tehrana bizim üzərimizdə öz şərtlərini diktə etməyə imkan verir”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O, İranın SEPAH-a yaxın “Tabnak” nəşrinin Rusiya, İsrail, Türkiyə, Azərbaycan və Ermənistanla bağlı dərc etdiyi geniş məqalədə Zəngəzur dəhlizi ilə bağlı toxunulan detallara və Tehranın sözügedən narahatlıqlarına münasibət bildirib.

Analitikin fikrincə, məhz buna görə də Zəngəzur dəhlizi Azərbaycanın tələbləri çərçivəsində, Bakının arzuladığı şəkildə fəaliyyətə başlayanda İranın bizə təsir imkanları tamamilə yox olacaq:

“Bu isə onları narahat edir. Anlaşılandır, amma tarixin təkərini geri çevirmək mümkün deyil. Proseslər gedir, Azərbaycan istədiyini artıq alıb və almağa da davam edəcək. İrana düşən sadəcə olaraq Azərbaycanla anlaşmaqdır. Bunu nə qədər tez etsələr, bir o qədər də öz xeyirlərinə olacaq. Əks halda, “ağa durur, Ağacan durur”. Yəni müharibə, mübarizə və ya mübahisə etmək fikirləri varsa, bizim də çəkinəcəyimiz heç nə yoxdur”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa