Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağacları zədələdi cərimələndi - Gəncədə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti-abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub.

Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

www.yenicag.az

3678
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100