Ağcabədidə ağır qəza: bir nəfər ölüb, dörd nəfər xəsarət alıb

media-hightechnic-468x90

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az “Report”un Qarabağ bürosunun məlumatına istinadən, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər – 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05