Ağcabədidə QƏZA – Piyada öldü

Ağcabədi rayonunda yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 28-i saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z.Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.