Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Ağdama əliboş gələn Cümşüd Nuriyev qayıdanda özü ilə mebel apardı” - Keçmiş xanım döyüşçü  

“Xanım Xəlilovanın təşkilatının üzvü olan qadınlardan bir çoxu döyüşüb, onlardan şəhid olanlar da var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Cümşüd Nuriyevin Qarabağda döyüşən qadınları təhqir etməsinə münasibət bildirən “Qarabağın Həcəri” ləqəbli keçmiş döyüşcü Sabirə Mahmudova deyib.

Səbirə Mahmudova bildirib ki, o dövrdə vəzifə tutan şəxslərin çoxundan fərqli olaraq, Cümşüd Nuriyevin Qarabağa gəlişi ilə, gedişi bir olub:

“Cümşüd Nuriyevin Dağlıq Qarabağda heç bir fəaliyyəti olmayıb. 1992-ci ilin yanvar ayında – qərargahda fəaliyyət göstərdiyim dövrdə Cümşüd Nuriyevi orada bir dəfə görmüşəm. Ayaz Mütəllibov o vaxt göstəriş vermişdi, bütün nazirlər, komitə sədriləri Ağdama ezamiyyətə gedirdilər.

Ancaq Cümşüd Nuriyevin Ağdama gəlişi ilə qayıdışı bir oldu. İki gün sonra gəldim Bərdəyə. O zamankı icra başçısı Yusif Allahverdiyev mənə dedi ki, Cümşüd Nuriyev buradan mebel götürüb getdi.

Detalını soruşdum. Cavab verdi ki, məndən xarici mebel istədi. Dedilər ki, “raypo”da var. Həmin mebel isə hansısa suçu üçün gəlmişdi. O vaxt suçulara mebel hədiyyə edirdilər. Cümşüd Nuriyev o mebelin pulunu da vermədən apardı.

Yüksək vəzifəli şəxslər Ağdamdakı qərargaha gəlirdilər. Gələnlər adətən, özləri ilə müəyyən sursat gətirirdilər. Cümşüd Nuriyev isə bir güllə də gətirməmişdi, ancaq qayıdanda özü ilə mebel apardı”.

Cümşüd Nuriyevin hədəf aldığı Xanım Xəlilovaya gəldikdə isə Səbirə Mahmudova bunları deyib:

“Xanım Xəlilova nəinki batalyon, hətta briqada yaratmaq istəyirdi. Bununla bağlı mənə də zəng etmişdi. Mənə batalyon komandirliyi təklif etdi, razılaşmadım.

Xanım Xəlilovanın təşkilatının üzvü olan qadınlardan bir çoxu döyüşüb, onlardan şəhid olanlar da var. Əgər hansısa qadın güllənin altına gedibsə, Cümşüd Nuriyevdən qat-qat şərəfli insandır.

Cümşüd Nuriyev cavan oğlan idi, vəzifə davası etmək əvəzinə, gedib döyüşərdi də… Ağdama gəlib, oranın vəziyyətini görmüşdü, vəzifəyə tüpürüb yazılaydı orduya. Niyə etmədi?”.

Səxavət Məmməd

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

760
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM