!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsində ziyan görmüş ev təmir edilmir - Ağdam RİH isə susur - ŞİKAYƏT / VİDEO

!Reklam – Yazi

Cəbhə bölgəsində qəzalı evdə yaşayan kənd sakini qurumların laqeydliyindən şikayət edir.

Yenicag.az-a daxil olan şikayətə görə, Ağdam rayonu Xındırıstan kəndinin sakini Haqverdiyev Ramil Mayıl oğlu 44 günlük müharibə zamanı evinə dəymiş ziyanın aradan qaldırılmamasından narazıdır.

Şikayətçinin sözlərinə görə, qəzalı vəziyyətdə olan evinin bərpası üçün aidiyyatı qurumlara müraciət etsə də, onun səsinə səs verən yoxdur:

“Ermənilərin kəndimizə atdığı top nəticəsində evə ciddi ziyan dəyib. Dövlət komissiyası baxış keçirsə də, heç bir nəticə yoxdur. Komissiyadan dörd dəfə gəliblər, amma yenə də problemimiz həll olunmayıb. Bu cür qəzalı evdə üç uşaqla yaşayıram. Cənab Baş nazir Əli Əsədova məktub yazaraq müraciət etmişəm. Məktubun cavabı Ağdam Rayon İcra Hakimiyyətinə göndərilib ki, bizə 1000 manat vəsait verilsin. Lakin hazırda hər şey nəticəsizdir. Mən öz prezidentimdən xahiş edirəm ki, bizi düşdüyümüz bəladan qurtarsın. Çünki qəzalı evdə yaşamaq çox çətindir”.

Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Gülşən Şərif

COP29

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv