Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağdamda bir nəfər minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a daxil olan məlumata görə, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: “Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.

***

Dünən axşam saat 20:30 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlu minaya düşüb.

Minanın partlaması nəticəsində onun sol ayağı amputasiya edilib.

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: “Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.

Loading...

www.yenicag.az

285
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100