Ağdaşda ağır yol qəzası: 7 nəfər xəsarət aldı

Ağdaş rayonunun Qaradağlı kəndi istiqamətində ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, “Niva” və “VAZ-2109” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.