Ağdaşda elektrikin keyfiyyəti yüksəldilir

media-hightechnic-468x90

indir (1)“Ağdaş” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlakçılara ötürülən enerjinin keyfiyyətinin və dayanıqlılığının yüksəldilməsi istiqamətində təmir-bərpa işləri yerinə yetirilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən aylarda fərdi abonentlərin ünvanlarına 140-a yaxın sayğac quraşdırılıb, zədələnmiş və qüsurlu 190-a yaxın sayğac yenisi ilə əvəz olunub. Bundan əlavə, 10 kilovoltluq (kV) “Xosrov”, “Qoşaqovaq”, “Qəsəbə”, “Dəhnəxəlil”, “Orta Ləki”, I “Şəhər” və “Şıxlı” hava xətlərinin 1,7 km-dən artıq hissəsində əsaslı təmir aparılıb. Bu proses 0,4 kV-lik hava xətlərinin 2,9 km-lik hissəsində və 10/0,4 kV-lik transformator məntəqələrində davam etdirilib.

Analoji işlər rayonun bir sıra kəndlərində də həyata keçirilir.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600