Ağır qəza törədib qaçan sürücü saxlanıldı

media-hightechnic-468x90

Lənkəranda ölümlə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücü saxlanılıb.

Yenicag.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən “Hunday” markalı avtomobilin sürücüsü Əli Rufullazadə istintaqa təhvil verilib.

Qeyd edək ki, Lənkəran rayonu Sütəmurdov kəndinin ərazisində Ə.Rufullazadənin idarə etdiyi “Hunday” markalı avtomobillə N.Turabovun idarə etdiyi VAZ -2106 markalı avtomobil toqquşub. Nəticədə VAZ -2106 markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılsa da dünyasını dəyişib, sərnişin Ü.Hüseynova isə xəsarət alıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600