Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağstafada iki avtomobil toqquşdu

скачанные файлы (1)Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Ağstafa rayon Qırlı kənd sakini, 1994-ci il təvəllüdlü Tural Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobil toqquşub.

Nəticədə sürücülər və sərnişinlər – 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova,1992-ci il təvəllüdlü Əminə Şahquliyeva, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Oradan 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər T. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, ii nəfər isə ambulator müalicəyə evə buraxılıb.

Məlumata görə, “Ford”da olanlar Ağstafadan Bakıya toyuna gedənlər olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır(APA).

www.yenicag.az

347