Ağstafada məktəbli avtomobil qəzası törədib

media-hightechnic-468x90

загруженное (16)Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.

media-banner_tkm

Bu gün saat 17:00 radələrində Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İçində 5 şagird olan “VAZ 21 011”-in idarəetməsini itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı qəsəbənin ünvanını bildirən obeliskə çırpıb.

Ağır qəza nəticəsində avtomaşının sürücüsü ilə yanaşı, sərnişinləri – Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Y.Salıfov orada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır. (trend.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05