Ağstafada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub - FOTOLAR

media-hightechnic-468x90

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ağstafa RİH-in Tədirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.

Yenicag.az xəbər verir ki, Qarayazı Dövlət Təbiət Qoruğunun Muğanlı meşəbəyiliyinin ərazisindəki sanitar mühafizə zonasında 500 ədəd meşə cinsindən olan müxtəlif növ ağac tingləri əkilmişdir. Aksiyada RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa