Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % azalaraq 82,6 ABŞ dolları təşkil edib.
Yenicag.az xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,35 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 80,38 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Azərbaycanda və dünyada baş verən ən son xəbərlər, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət hadisələrindən xəbərdar olmaq üçün gündəlik xəbərlər bülletenlərinə abunə olun.