Elməddin Muradlı: “Bakıdakı yol-nəqliyyat hadisəsində hər iki tərəfin məsuliyyəti var”

media-hightechnic-468x90

“Qəzada hər iki tərəfin günahı var”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Ekspert Bakıda 17 yaşlı Zəhra Mehdiyevanın ölümü ilə nəticələnən və ölkədə əks-səda doğuran yol-nəqliyyat hadisəsi haqqında öz fikirlərini bölüşüb. Ekspert hər iki tərəfdə ciddi səhvlər olduğunu qeyd edib:

“Bu qəzada çox incə məqamlar var ki, buna istintaq rəy verməlidir. Biz sadəcə görüntülərə baxıb reallığa yaxın fərziyyələr irəli sürə bilərik. Hesab edirəm ki, motosikletin sürəti çox yüksək olub. Qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü nasazlıq ucbatından dayandığını görüb sağa manevr edib, bu anda motosikletin sürəti yüksək olduğuna görə sürücü nəqliyyat vasitəsini idarə edə bilməyib və maşına çırpılıb. Vəfat edən sürücü əvvəlcədən yola baxsaydı və qarşısındakı maşının əyləc işığının yandığını görsəydi, özü də əyləcdən istifadə edərdi və yüksək sürətlə maşına çırpılmazdı. Yol Polisinin yayımladığı məlumatlarla mən də razıyam. Texniki nasazlıq yaranan maşının sürücüsündə də müəyyən günahlar var ki, vaxtında tədbir görməyib. Qəza üçbucağını daha uzaq məsafəyə (20-30 metr) qoymalı idi ki, sürücülər onu vaxtında görüb kənarlaşsınlar. Motosiklet sürücüsü də son anda bunu görüb gəlib çırpılır. Yaranmış situasiyaya hüquq-mühafizə orqanları daha dəqiq qərar verəcəklər. Hər bir halda düşünürəm ki, burada hər iki tərəfin də günahı var. Baş verənlərə görə çox təəssüf edirəm. Gənc bir qızı itirmişik, amma belə hadisələrin sayı getdikcə artır. Bu yaxınlarda da bir motosiklet sürücüsü xanımı saxlamışdılar, məlum oldu ki, sərxoş vəziyyətdədir. Əvvəllər də sərxoş olduğu üçün sürücülük hüququndan məhrum edilib, amma yenidən rəfiqəsini də mindirib idarə etdiyi motosikletlə “8 Noyabr” prospektində qanuna zidd hərəkətlər edərək təhlükə yaradır. Motosikletlə bağlı gəncləri maarifləndirmək lazımdır. Onlar başa düşməlidirlər ki, bu, nəqliyyat növüdür, oyuncaq deyil. Onlara elə gəlir ki, maşın deyil, qapısı açılıb-bağlanmırsa, şüşəsi yoxdursa, deməli, bu oyuncaqdır. Buna görə də oyuncaqla davranırmış kimi hərəkətlər edirlər və nəticədə faciə yaşanır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05