Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğradı: İki nəfər öldü
Moskva vilayətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Yenicag.az “Baza” teleqram kanalına istinadən xəbər verir ki, qəza Sergiyevo-Posad şəhər dairəsi ərazisində baş verib.
Məlumata görə, təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb.
Əvvəlcə uçuş-enmə zolağı üzərindən keçib, daha sonra qəfil meşəlik əraziyə doğru irəliləyib.
Hadisə nəticəsində pilot və sərnişin həyatını itirib.
Qəzanın başvermə səbəbləri araşdırılır.













