G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
G7 ölkələrinin Ukraynada uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalını təşkil etmək niyyətində olduğu bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti Qərb diplomatik mənbələrinə istinadən yazıb.
“Müdafiə sistemləri ilə yanaşı, dərin zərbələr endirmək imkanına malik vasitələri də lisenziya əsasında istehsal edəcəyik”, – deyə nəşr mənbələrə istinadən qeyd edib.
Məlumatda layihənin detalları açıqlanmayıb.













