!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsu sakininin üzərində və evində narkotik aşkarlanıb - FOTO

!Reklam – Yazi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cavid Məmmədzadə şübhəli şəxs qismində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilmiş tədbirlərin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib və oradan 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv