Aİ Almaniyanı 34 milyon avro cərimələdi

media-hightechnic-468x90

Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi Almaniyanı informasiya ötürənlərin müdafiəsi haqqında qanunvericiliyin vaxtında tətbiq edilməməsinə görə 34 milyon avro cərimələyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məhkəmə prosesi 2023-cü ilin martında Avropa Komissiyasının şikayətindən sonra başlayıb. 2019-cu ilin dekabrında qəbul edilmiş Aİ direktivinə əsasən, 27 üzv ölkənin hamısı 2021-ci ilin sonuna qədər ifşaediciləri işdən çıxarılmaqdan və digər repressiyalardan qoruyan qanunlar tətbiq etməli idi.

Lakin Almaniya müvafiq qanunvericiliyi yalnız 2023-cü ilin iyulunda qəbul edib ki, bu da cəriməyə səbəb olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05