Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıdı

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib.

media-banner_tuq

Bu barədə Yenicag.az şuranın bəyanatına istinadən xəbər verir.

“SEPAH həmçinin Aİ-nin terrorla mübarizə üzrə sanksiyalar rejimi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalır. Bu, onun Aİ-yə üzv dövlətlərdəki vəsaitlərinin, digər maliyyə aktivlərinin və ya iqtisadi resurslarının dondurulmasını, həmçinin Aİ operatorlarına bu qrupa vəsait və iqtisadi resurslar təqdim etməyin qadağan edilməsini nəzərdə tutur”, – məlumatda qeyd olunub.

Hazırda 13 şəxs, 23 qrup və təşkilat Aİ-nin terror təşkilatları siyahısı çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalır./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05