Aİ və Çin iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparacaq

media-hightechnic-468x90

Avropa İttifaqı və Çin iqlim dəyişikliyi ilə əlaqədar ortaq bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ ilə Çin arasında diplomatik münasibətlərin 50 illiyi münasibətilə öz sosial şəbəkə hesablarında Pekinə səfərləri və aparılan ikitərəfli danışıqlar barədə məlumat veriblər.

Avropa İttifaqı və Çinin qəbul etdiyi ortaq bəyanata görə, hər iki tərəf iqlim dəyişikliyi mövzusunda əməkdaşlığı gücləndirəcək.

Pekin və Brüssel COP30 konfransının hədəflərinin uğurla həyata keçiriləcəyi ilə bağlı razılığa gəlib./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600