Akar Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı

media-hightechnic-468x90

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyat çərçivəsində bu günədək 371 terrorçi zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Nazir əlavə edib ki, bu müddət ərzində 4 mindən çox sığınacaq və 2 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.

H.Akar antiterror əməliyyatının davam etdirildiyini bildirib.

Xatırladaq ki, Türkiyə ordusu aprelin 18-dən İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatına başlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa