“Kontakt Home”dan daha bir POZUNTU: Qanun necə tapdalanıb?

media-hightechnic-468x90

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları üzrə aparılan araşdırmanı yekunlaşdırıb.

Yenicag.az xəbər verir ki, araşdırma nəticəsində Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri müəyyən edilib.

Belə ki, “HOFFMANN” əmtəə nişanı ilə yağla işləyən elektrik qızdırıcılarının satışı zamanı haqsız rəqabət hallarına yol verildiyi qənaətinə gəlinib.

Nəticədə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “ABC-Telecom” MMC-yə yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu cür pozuntulara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib.

Qeyd edək ki, “ABC-Telecom” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10000 AZN-dir. Şirkətin sahibi Fazil İsrafilov, qanuni təmsilçisi isə oğlu Həsən İsrafilzadədir. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4842069.71 AZN vergi borcu var./Valyuta/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa