Sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri üçün artıq hazırlıq başlanıb. Namizədlər seçiciləri ilə görüşür, səslərini almağa çalışır.
Yenicag.az-a seçki prosesi və rəqabət mühitinin necə formalaşdığı ilə bağlı danışan 124 saylı Şuşa – Ağdam – Xocavənd seçki dairəsindən namizədliyini irəli sürən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı deyib ki, yaradılan şərait sayəsində seçki prosesinə maneə yaradacaq amil yoxdur.
“Seçicilərin hər biri fərqli xüsusiyyətlərə sahibdir. Bəziləri keçmiş deputatlardan narazıdırlar. Bu səbəbdən heç kəsə səs verməyəcəklərini deyirlər. Mənim dairəmdən olan keçmiş deputatdan böyük narazılıq var. Sadalanan amil xaricində ciddi problem yoxdur. 2 gün ərzində demək olar ki, 300-dən çox imza toplamışıq”, – deyə partiya rəhbəri bildirib.
Xatırladaq ki, 124 saylı Şuşa – Ağdam – Xocavənd seçki dairəsindən namizədliyini irəli sürən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağının rəqibi Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında olan Babışova Leyla Adil qızıdır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov
Məsimə Məmmədova
www.yenicag.az