!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKMƏM-dən İraq-Azərbaycan əlaqələrinə ilk töfhə - FOTO/VİDEO

!Reklam – Yazi

Paytaxtın mərkəzində “Habibi” restoranının açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova qonaqları salamlayıb. O restoranın İraq-Azərbaycan iç dünyası əlaqələrinə bir töhfə olacağını bildirib.

Azərbaycan, İrak və Avropanın zəngin mətbəxinin birləşdiyi restoranın açılış mərasiminə tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də, media mənsubları qatılıb.

Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, modelyer Gülnarə Xəlilova, şairə-publisist İradə Əlili, tanınmış aparıcı Nailə İslamzadə və digər qonaqlar Azərbaycan, İrak və Avropanın zəngin mətbəxini bir araya gətirən “Habibi” restoranı ilə bağlı təəssüratlarını bölüşüb, xoş sözlərini ifadə ediblər.

Qonaqlar restoranı İraq-Azərbaycan əlaqələrinə ilk töfhə kimi dəyərləndirib.

Şairə Cığatel, qızı Leyla Camal, əməkdar artist Elza Seyidcahan qonaqları şeir və musiqilərlə feyzi-yab edib.

Açılışdan foto və videonu təqdim edirik.

 

COP29

www.yenicag.az

2108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv