!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP-nin koalisiya PLANLARI – DETALLAR

!Reklam – Yazi

koskte-kritik-gece-zirvesi-549892-664x354Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davutoğlunun iyunun 9-da keçirilən görüşünün ardından gözlər yeni hökumətin hansı şərtlərdə qurula biləcəyinə çevrilib.

Həm Ədalət və İnkişaf Partiyasında (AKP), həm də Prezident Sarayında edilən ilk qiymətləndirmələrdə, “şərtsiz gəlirlərsə koalisiya qurula bilər” ideyası önə çıxır.

Prezident Ərdoğanın ölkədə təhlükəsizlik və sabitliyin pozulmaması üçün bir an əvvəl hökumətin qurulmasını istədiyi iddia edilir. Ancaq bunun necə olacağı partiyalarla rəsmi olmayan nəbz yoxlama görüşmələri sonrasında dəqiqləşəcək.

AKP-nin başladacağı qeyri-rəsmi nəbz yoxlama təmaslarında partiyaların ümumi baxışı qeyd ediləcək. Bu təmaslarda əvvəlcə AKP-nin mesajı, “Bizim baxışımızdan prioritet Türkiyənin hökumətsiz qalmamasıdır. Qazanclar itirilməməlidir. Heç bir partiya şərtlərlə gəlməməlidir. Türkiyəni daha irəli aparmaq üçün hər kəs əlini daşın altına qoymalı” olacaq. Bu təmaslarda azlıq hökumətinə istiqamətli partiyaların düşüncəsi də alınacaq.

Partiyalardan gələn ilk şərhlər isə Prezident Sarayı dəhlizlərində koalisiyanın, “çətin bir məsələ” olaraq şərh olunmasına gətirib çıxarıb. Qiymətləndirmələrə görə, AKP-nin koalisiya hökuməti qura biləcəyi partiya kimi ilk növbədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) adı çəkilir. Ancaq MHP lideri Dövlət Baxçalının seçki gecəsi müxalifətdə qalacaqlarına istiqamətli mesajı düşündürücüdür.

Dəhlizlərdə Xalqların Demokratik Partiyası (HDP) yönələn mesajlarla Baxçalının yumşala biləcəyi də söylənilir. Prezident Sarayına yaxın bəzi adamlar isə AKP-nin koalisiyaya girməməsi istiqamətində düşüncəsini önə çıxarır.

Müxalifətin AKP ilə hökumət qurmaqda problem çıxaracağını və bir çox şərt irəli sürəcəyi də iddia edilir.

“Buraxaq MHP-CHP-HDP koalisiya qurmağa çalışsın. Qura bilməyəcəkləri görülüncə, vətəndaş bizim qurmamızı istəyəcək. Bizi təkrar tək başına hökumətə gətirin ki, böhransız Türkiyəyə geri dönək” deyərək erkən seçkiyə gediləcək.

“Vətəndaş təhlükəsizlik və sabitlik üçün təkrar bizi tək başımıza iqtidara gətirəcək” fikrini səsləndirən də az deyil. Amma dövlət başçısı Ərdoğanın ilk açıqlamasında da dilə gətirdiyi, “Millətimizin seçimi hər şeydən üstündür” mesajı ilə bütün partiyalara etdiyi çağırış uzlaşmağa istiqamətli səy sərf ediləcəyinin işarəsi olaraq şərh olunur.

Həm AKP-də, həm də Prezident Sarayında irəli sürülən ideyalar koalisiya üçün səy sərf edildikdən sonra hökumət qurulmazsa, yenidən seçki üçün düymənin basılacağı istiqamətindədir.

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv