“Bu mədəniyyəti Azərbaycana ilk dəfə mən gətirmişəm” - Pərvin özünü öydü
“Ən çox da qızlarda əzələ çıxartmaq mədəniyyətini ilk dəfə mən gətirmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Öz aramızda” verilişində deyib.
Aktrisa imza atdığı ilklərdən danışaraq öyünüb:
“Ən çox da qızlarda əzələ çıxartmaq mədəniyyətini ilk dəfə mən gətirmişəm. İlk olaraq mən başlamışam. İndi sağlamlığımla bağlı son bir ildə məşq edə bilmirəm, idmanla məşğul olmuram. Çünki bir il ərzində ayağımdan dörd dəfə əməliyyat olunduğuma görə ağırlıq qaldıra bilmirəm. Həm də bir az da tənbəlləşmişəm. Yavaş-yavaş düzəlirəm. Məndən sonra Azərbaycanda bir çox qızlar, fitnes modelləri çoxalmağa başladı. Bu da məni sevindirir. Bunu yaxşı mənada öyünə bilərəm. Düzdür, bunu çox vaxt boyunlarına almırlar, amma bu, belədir”.
Nehru













