Albaniyanın baş naziri Trampın səhvini zarafata çevirdi

media-hightechnic-468x90

“Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyiş ciddi və mühüm addımdır”.

Yenicag.az xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl bildirib.

“Bu, ciddi məsələdir. Biz bunu gözləyirdik. Bu, hər iki ölkə liderinin mükəmməl rəhbərliyi, eləcə də ABŞ prezidentinin səyləri sayəsində baş verir. Bu, böyük nailiyyətdir”, – Edi Rama bildirib.

Qeyd edək ki, sammit çərçivəsində Albaniya prezidenti Azərbaycan və Fransa liderləri İlham Əliyev və Emmanuel Makronla da görüşüb. Albaniyanın baş naziri zarafatla deyib: “Siz məni və İlham Əliyevi təbrik etmədiniz. Tramp aramızdakı “münaqişə”yə son qoydu”.

Xatırladaq ki, bir müddət öncə ABŞ lideri Donald Tramp Azərbaycan-Ermənistan sülhündən danışarkən, qarşı tərəfi səhvən Albaniya adlandırmışdı. O, Azərbaycan və Albaniya arasında 30 illik münaqişəyə son qoyulduğunu demişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa