ABŞ-dən Venesuelaya zəlzələ ilə bağlı böyük yardım
ABŞ dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 310 milyon dollardan çox məbləğdə yardım təqdim edib.
Yenicag.az “VOZ” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesueladakı müvəqqəti işlər vəkili Con Barret brifinqdə jurnalistlərə bildirib.
“İndiyədək ABŞ-nin humanitar yardımı 310 milyon dolları keçib. Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətlə paylanması ilə bağlı ABŞ-nin xahişlərini tam şəkildə yerinə yetirir”, – o qeyd edib.
İyunun sonunda Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 150 milyon dollar ayırmağı planlaşdırır.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, hadisə qurbanlarının sayı 3 535 nəfərə, xəsarət alanların sayı isə 16 740-a çatıb./Report/













