Ali Məclisin sədri rektorla görüşdü
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, Türkiyənin universitetləri ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasındakı səmərəli elmi əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
Ali Məclisin Sədri universitetlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qars Qafqaz Universitetinin rektoru Sami Özcana təşəkkürünü bildirib.
Sami Özcan deyib ki, Naxçıvan Muxtar Respublikasındakı müasir təhsil infrastrukturu universitetlər arasındakı əlaqələrin yeni istiqamətlər üzrə inkişafını şərtləndirir.
Qars Qafqaz Universiteti ilə muxtar respublikanın ali təhsil ocaqları arasındakı əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini qeyd edən rektor gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə elm və təhsil sahəsindəki əlaqələrin perspektivi ətrafında fikir mübadiləsi aparılıb.