Konqoda ebola virusundan ölənlərin sayı 860-ı keçib

media-hightechnic-468x90

Konqo Demokratik Respublikasında ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 864 nəfərə çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “EFE” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 2 181 yoluxma halı təsdiqlənib, 722 xəstə xəstəxanaya yerləşdirilib, 412 nəfər sağalıb. Hazırda ölüm göstəricisi 39,6 % təşkil edir.

Epidemiya şərq əyalətləri olan İturi (epidemiyanın episentri), Şimali və Cənubi Kivu, Yuxarı Uele, eləcə də Çoponu əhatə edib. Yoluxmaların sayına görə İturi əyaləti liderlik edir.

“Xəstəliyin yayılmasının qarşısını almaq üçün müdaxilə qrupları epidemioloji nəzarəti, erkən diaqnostikanı, xəstələrə qulluğu və təmasların izlənilməsini genişləndirir”, – məlumatda bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05