!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alibaba rekord gəlir əldə etdi: 1 dəqiqəyə 1 milyard dollar

!Reklam – Yazi

Çinin ən böyük elektron ticarət platforması olan Alibaba yeni rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, dünən bu platforma böyük endirimlər edərək 24 saat ərzində 30.8 milyard dollara yaxın gəlir əldə edib.

Müqayisə üçün qeyd etmək lazımdır ki, 2015-ci ildə bu göstərici 14.3 milyard dollar, 2016-cı ildə 17.8 milyard dollar, 2017-ci ildə isə 25.3 milyard dollar idi.

Maraqlı göstəricilər ondan ibarətdir ki, Alibaba dünənki endirimli alış-verişlərdə ilk 1 milyard dollar qazancı 1 dəqiqəyə, 10 milyard dollarlıq qazancı isə 1 saata əldə edib.

Qeyd edək ki, 11 noyabr Asiya ölkələrində “Yalnızlar günü” kimi qeyd olunur və Alibaba Group şirkəti bu günü özünün qlobal marketinq strategiyasına əlavə edərək böyük endirimlər edir.

www.yenicag.az

1309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv