!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin son bahalaşma HƏDDİ: "Dünya iqtisadiyyatındakı böhran gözləntiləri..." - Proqnoz

!Reklam – Yazi

“Neftə tələbatın azalması dünya iqtisadiyyatındakı böhran gözləntilərini artırır”.

Bu sözləri dünya neft bazarındakı vəziyyəti dəyərləndirən London İqtisadiyyat Məktəbinin professoru, iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində, dünya bazarında neftin qiyməti o qədər də baha deyil:

“Neftin bir barelinin 180 dollara qədər qalxa biləcəyi proqnozlaşdırılır. Beynəlxalq analitiklərə görə, neftin qiymətində artım gözlənilir. Hazırda neftin qiyməti 110 dollar ətrafındadır və qiymətlərin bahalaşması labüddür. Neftin qiyməti 190 dollara qədər arta bilər. Fikrimcə, neft qiymətlərinin yaratdığı daxili və xarici təsirləri azaltmaq üçün hökumət tərəfindən müvafiq addımlar atılacaq. Məsələn, ABŞ-də hökumət yerli əhalinin yanacaqla bağlı xərclərini azaltmaq üçün federal və ştat vergilərini artırmaqla satış qiymətlərinin bahalaşmamasına can atır. Ümumilikdə, bu gün neft bazarında tələbatın azalması müşahidə olunur. Tələbatın azalması dünya iqtisadiyyatındakı böhran gözləntilərini artırır.

Azərbaycana gəlincə, Dövlət Neft Fondunun 2022-ci ilin yanvar-may aylarında neft gəlirləri 3 milyard 828 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Eyni dövrdə qaz gəlirləri 8,5 dəfə artıb. Beş ayda Azərbaycanın neft-qaz gəlirləri ümumilikdə 4 milyard 354 milyon 537 min dollar olub. Bu vəsaiti manata çevirib beş aya böləndə hər aya 1,5 milyard manat edir. Söhbət yalnız Dövlət Neft Fondunun qazancından gedir, neftin bahalaşmasından Dövlət Neft Şirkəti və xarici neft-qaz şirkətləri, eləcə də onların mənfəət nefti artdığına görə ödədikləri vergidən büdcə də əlavə qazanc əldə edir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv