Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Allahşükür Paşazadə Finlandiyaya gedir

Reklam: Sinerji Pro

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.

Yeniçağ.Az-ın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransda iştirak etməkdir.

Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.

Səfər çərçivəsində A. Paşazadə Finlandiya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri, xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya təhsil və mədəniyyət nazirinin müavini, xanım Zabrina Holmström ilə görüşəcək.

Şeyxülislamın Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşü də nəzərdə tutulur.

Yeniçağ.Az

www.yenicag.az

465