Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almaniya bankı Gürcüstana 8,4 milyon avro qrant ayırır

Gürcüstan hökuməti enerji sistemində yeni islahatlar həyata keçirəcək. Ölkə bu islahatların dəstəklənməsi üçün Almaniya Yenidənqurma Bankından (“KFW”) yardım alacaq.

Yenicag.az xəbər verir ki, əldə olunmuş razılaşmaya əsasən, “KFW” Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 milyon 440 min avro qrant ayıracaq. Bununla əlaqədar müvafiq saziş imzalanıb.

Sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini David Tvalabeişvili və “KFW”in Cənubi Qafqaz üzrə regional ofisinin direktoru Klaus Vigel imzalayıblar.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatın görə, vəsait enerji effektivliyi, bərpaolunan enerji mənbələri, qanunvericiliyin təkmilləşdirilməsi kimi müxtəlif sahələrin dəstəklənməsinə yönəldiləcək.

D.Tvalabeişvili bildirib ki, “KFW”in dəstəyi enerji sektorunda nəzərdə tutulan islahatlar baxımından vacib məqsədlərə çatmaq üçün çox faydalı olacaq./AZƏRTAC/

www.yenicag.az

499
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100