Almaniya Türkiyəyə “Eurofighter Typhoon” döyüş təyyarələrinin satışına RAZILIQ VERDİ

media-hightechnic-468x90

Yenicag.az xəbər verir ki, Almaniya hökuməti Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələri almasına yaşıl işıq yandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius rəsmi açıqlama verib.

Kornelius bildirib ki, Almaniya Müdafiə Nazirliyi bu razılığı Türkiyə hökumətinə göndərdiyi məktub vasitəsilə rəsmən təsdiqləyib:

“Alman hökuməti sənayenin ilkin tələbinə müsbət cavab verdiyini təsdiq edə bilərəm. Müdafiə Nazirliyi də bu qərarı Türkiyə tərəfinə çatdırıb”, – deyə Kornelius bildirib.

Qeyd edək ki, bu qərar Türkiyə ilə Böyük Britaniya arasında “Eurofighter Typhoon” təyyarələrinin istifadəsi ilə bağlı tamhüquqlu razılaşmaya gedən yolun açıldığı bir vaxtda verilib. Bu gün Türkiyə və Böyük Britaniya arasında Ankara hökumətinin “Eurofighter Typhoon” istifadəçisi kimi tanınmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Almaniya hökuməti bu satış qərarını digər konsorsium tərəfdaşları ilə sıx koordinasiyada həyata keçirdiyini də vurğulayıb. Avropa tərəfindən birgə istehsal olunan 4.5-ci nəsil çoxməqsədli “Eurofighter Typhoon” döyüş təyyarələri Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə layihəsidir.

Bundan əlavə, Kornelius Almaniya kansleri Fridrix Mersin Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə bu məsələni müzakirə etdiyini təsdiqləsə də, görüşün vaxtı və detalları barədə məlumat verməyib.

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər də İngiltərənin müdafiə naziri Con Hili ilə görüşərək, “Eurofighter Typhoon” təyyarələrinin Türkiyə tərəfindən istifadəsinə dair razılaşmanı rəsmiləşdirən Memorandum imzalamışdı.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600