Almaniyada “iqtisadi səbəblərə görə” Yeni il yarmarkaları ləğv edilir

media-hightechnic-468x90

Almaniyanın bir sıra şəhərlərində ənənəvi Yeni il yarmarkaları maliyyə çətinlikləri səbəbindən ləğv olunur.

Yenicag.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Məlumata görə, Overatda yüksək terror təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərinin təmin olunması əlavə maliyyə vəsaiti tələb edir.

“Bild” qeyd edib ki, təhlükəsizlik konsepsiyası olmadan bazarın fəaliyyəti mümkün deyil.

Digər bir şəhərdə – Kerpendə isə qənaət məqsədilə yarmarkanın adı dəyişdirilib. İndi o, rəsmi olaraq “Miladdan əvvəl ləzzət bazarı” adlanır. Tədbiri təşkil edən AGK birliyi bu qərarı yerli hakimiyyətin maliyyə dəstəyinin yetərsizliyi ilə əsaslandırıb. Bundan əlavə, yeni ad Milad yarmarkalarının təşkilinə dair sərt tələblərdən yayınmağa imkan verir. Tədbirin sahəsi kiçildiləcək, bu da mühafizə üçün daha az işçi tələb olunacağı anlamına gəlir.

“Bild”in məlumatına görə, Almaniyanın digər yaşayış məntəqələrində də Milad yarmarkaları ləğv ediləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa