Almaniyanın Fraytal şəhərində qaçqınlara, həmçinin onların müdafiəçisi olan siyasi partiya liderlərinə qarşı aqressiv atmosfer günü-gündən daha da yüksəlir.
Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, “Sol Partiya”nın (Die Linken) Fraytal şəhəri üzrə sədri Mixael Rixterin avtomobilinə partalıyıcı vasitələrlə hücum təşkil olunub. Belə ki, uzun zamandır Fraytal şəhərinə qaçqınların yerləşdirilməsi ilə əlaqədar çox ciddi mübahisələr yaşanır. Ultra-sağçı qruplar bu şəhərdə qaçqınların məskunlaşdırılmasına zorakı formalarda təpki göstərirlər.
Gecə saatlarında gerçəkləşdirilən hücumu polis ekstrimist qrup tərəfindən təşkil olunduğunu güman edir. Hazırda şahidlərdən vəziyyətlə bağlı detalları öyrənən alman polisi bildirib ki, hücum zamanı heç bir tələfat yoxdur.
Fraytal şəhəri üzrə “Sol Partiya”nın sədri Mixael Rixter isə açıqlamasında deyib ki, gecə vaxtı partlayış səsinə oyanıb və avtobilinin qara tüstü-duman içində yandığını görüb.
Onu da qeyd edək ki, Mixael Rixter Fraytal şəhərində qaçqınların yerləşdirilməsi işində fəallıq göstərən şəxslərdən biridir. Məhz bu səbəbdən də o, miliyyətçi qrupların ölümlə hədələdiyi şəxslər siyahısında ilk sıralarda durur.
Bu arada, Fraytal şəhərində dayanacaqlarda nasizmə, eləcə də millətçi çağırışlara qarşı reklam tabloları yerləşdirlib. Anti-nasizmi əsk etirən lövhələr əsasən insanları miliyyətçi, irqi və milli ayrı-seçkilik kimi şüarlardan çəkinməyə çağırır.
İdeya müəllimi anonim saxlanılan bu lövhələr rasizmə qarşı yeni mübarizə metodu kimi cəmiyyətə təqdim olunub. Fraytalda başladılan kampaniya Berlin, Hannover kimi böyük şəhərlərdə də davam edəcək. Kampaniya Facebook-da da aparılır.
www.yenicag.az