Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almaniyada "Qarabağ"la bağlı aksiya - VİDEO

Yeni fəaliyyətə başlayan Qarabağ TV-yə xaricdə yaşayan soydaşlarımızdan dəstək gəlir.

Yenicag.az xəbər verir ki, Almaniyada yaşayan soydaşlarımız Qarabağın haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyan Qarabağ TV-yə dəstək olublar.

Almaniyanın olaraq Hagen şəhərində “Erməni işğalına son qoymaq, Erməni yalanlarına DUR demək, Qarabağ barədə əsl həqiqətləri dünyaya göstərmək üçün QARABAĞ TV yarandı. ERMƏNİLƏR BİZ SİZƏ VİRTUAL DÜNYADA SAVAŞ AÇDIQ! Bütün dünya azərbaycanlıları QARABAĞ uğrunda SAVAŞA hazır olun” yazılmış plakatları Azərbaycan və alman dillərində küçələrə yapışdırıblar.

Qarabağ Tv-nin yaradıcısı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, Azərbaycanın haqq səsini və Qarabağın bizim torpağımız olduğunu göstərmək üçün dünyanın bir çox ölkəsində aksiyalara başlanğıc verdik. İlk işimiz Almaniyanın Hagen şəhərindən başladıq. Hər yerə aşağıdakı sözləri Almanca yazdıq. Dünyada ermənilərə savaşı açıq elan etdik. Biz dünyaya Qarabağın ermənilər tərəfindən işğal olmasını göstəririk.

Ardınca Almaniyanın bütün şəhərlərində, İsrail, Amerika, Avropa ölkələri, Kipr, Kanada və digər ölkələrdə aksiyamız geniş vüsət alacaq. Dünyada elə bir ölkə qalmayacaq ki, biz ermənilərin işğalçı olmasını və Qarabağın ermənilərin işğalında olmasını göstərməyək”.

Qeyd edək ki, Qarabağ TV şəxsi təşəbbüs və heç bir maliyə dəstəyi olmadan yaradılıb.

 

www.yenicag.az

1409
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100