Almaniyada sağ ekstremizm YÜKSƏLİR – Polis basqın ETDİ

media-hightechnic-468x90

 

Almaniyanın Saksoniya əyalətinin Xemnits şəhərində və Yaxnsdorf qəsəbəsində polis sağçı radikal ekstremizmdə şübhəli bilinən şəxslərin evlərində axtarışlar aparıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Axtarışların səbəbi bu ilin yanvarında Xemnitsdəki barlardan birində baş vermiş kütləvi hücum olub. Polisə görə, təxminən 20 nəfərlik qrup qəfil şəkildə barın müştərilərinə hücum edib. Hadisə zamanı yaxınlıqda olan polis əməkdaşları müdaxilə edərək yeddi şübhəlini saxlayıb. Hücumda iştirak edənlərin ifrat sağçı dairələrlə əlaqəli olduqları bildirilir.

Əməliyyat çərçivəsində 15-21 yaş arası doqquz nəfər şübhəli şəxs müəyyən edilib. Axtarışlar zamanı 10 cüt qoruyucu əlcək, 8 ədəd diş qoruyucusu, 16 ədəd balaklava və digər maskalanma vasitələri aşkarlanaraq götürülüb. Əməliyyata 90 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. Heç bir saxlanma qeydə alınmayıb.

Polisin verdiyi məlumata görə, şübhəlilər əsasən əvvəllər “Xemnits üsyanı” adlı radikal qrupun üzvləri olublar. Saxlanılan yeniyetmə və gənclər ifadə vermək və digər hüquqi prosedurlar üçün polis bölməsinə aparılıb. Onlardan bəziləri törətdikləri əməlləri etiraf edib.

Saksoniyanın daxili işlər naziri Armin Şuster bildirib ki, bu hadisə Almaniyada sağçı ekstremist cinayətləri törədən şəxslərin yaşının getdikcə gəncləşməsi ilə bağlı artan narahatlıqları təsdiqləyir. Onun sözlərinə görə, bu ilin aprelində dərc olunan kriminal statistika siyasi motivli cinayətlərin rekord həddə çatdığını göstərir. Nazirin fikrincə, Xemnitsdə atılan “qətiyyətli addımlar” bu radikal dairələr üçün ciddi xəbərdarlıqdır.

Qeyd edək ki, bu ilin əvvəlində Saksoniya Yüksək İnzibati Məhkəməsi “Almaniya üçün Alternativ” partiyasının əyalət bölməsinin sağçı ekstremist birlik kimi tanına biləcəyini təsdiqləyib. Bundan öncə isə Xristian-Demokrat İttifaqı və Almaniya Sosial-Demokrat Partiyası həmin partiyanın nümayəndələrinin xüsusi xidmət orqanlarına nəzarət edən parlament komitəsinə daxil edilməsinin əleyhinə çıxmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600