Almaniyadan türkləri sevindirəcək qanun
Almaniyada Federal Məclis immiqrant türklərlə bağlı yeni ikili vətəndaşlıq nəzərdə tutan qanun layihəsini qəbul edib.
Üç milyon türkün yaşadığı Almaniyada yeni qəbul olunan qanuna görə, Almaniyada doğulan və 21 yaşına qədər ən azı səkkiz il burada yaşayan və altı illik təhsili olan gənclərə ikili vətəndaşlıq haqqı veriləcək.
Qanun Almaniya Federal Məclisində yer alan 463 millət vəkilinin səs çoxluğu ilə qüvvəyə minib. Yeni qanuna görə, şərtləri yerinə yetirən gənclər 21 yaşından əvvəl ikili vətəndaşlıq üçün müraciət edə biləcəklər. Qanun layihəsi 1990-cı il təvəllüdlü gənclərə şamil olunmayacaq.
Xatırladaq ki, Almaniyada buna qədər gənclər 18-23 yaşında bu ölkə ilə öz ölkəsinin vətəndaşlığı arasında seçim etməli idilər.