AMAY yandı – ASAN bağlandı
Məlumata görə, yanğın artıq söndürülüb.
Yanğın baş verən zaman ofisdə işçilər olub. Onlar təcili tibbi yardım maşınlarında xəstəxanaya aparıblar.
Qeyd edək ki, ASAN xidmət də AMAY-da fəaliyyət göstərir və yanğın onlardan bir mərtəbə yuxarıda baş verib. ASAN xidmətdən bildirilib ki, onlara ziyan dəyməyib: “İşçilər binadan çıxarılıb və bu gün mərkəz fəaliyyət göstərməyəcək”.
ASAN xidmət də yanğınla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2 saylı “ASAN xidmət” mərkəzinin yerləşdiyi inzibati binada baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq, mərkəz bugünlük öz fəaliyyətini dayandırır.
Bakı şəhərində yerləşən digər mərkəzlərimizə müraciət edə bilərsiniz.
Yanğın AMAY-ın 4-cü mərtəbəsində ASAN xidmətin mühafizəçilərinin olduğu otaqda baş verib.