!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Amazon”un bazar dəyəri 1 trilyon dolları keçdi

!Reklam – Yazi

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un bazar dəyəri 1 trilyon dolları ötüb.

Yenicag.az xəbər verir ki, New York birjasında cümə günü səhmlərini 2.012,71 dollar qədər yüksəldən şirkət dünən 1,9% artımla 2.050.270 dollara qədər dəyər qazanıb.

Bununla da bazar dəyəri 1 trilyon dollar qədər artan “Amazon” bu sərvətə sahib ikinci şirkət adını qazanıb. Bir müddət əvvəl isə “Apple” şirkəti Dünya tarixində ilk dəfə bazar dəyəri 1 trilyon dolları keçən ilk şirkət olmuşdu.

Dünyanın ən zəngin milyarderi olan “Amazon” qurucusu və prezidenti Jef Bezosun sərvəti dünən 2,6 milyard dollar artımla 167,3 milyard dollara çatıb.

Bezosun 1994-cü ildə internet üzərindən kitab satışı üçün qurduğu “Amazon” irəliləyən illərdə digər sektorları da əhata edərək, dünyanın ən çox gəlir və bazar dəyərinə sahib pərakəndə şirkəti halına gəlib.

“Amazon”un bu ilin ikinci rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrünə görə 39,4% artımla 52,89 milyard dollara yüksəlib.

“Amazon”un bu il və ya gələn il Türkiyə bazarına da girməsi gözlənilir. Şirkət rəsmiləri Türkiyəni böyük investisiya əldə edəcəkləri bazar kimi qiymətləndirərkən, İstanbulda mərkəz barədə düşündüklərini qeyd ediblər.

COP29

www.yenicag.az

1188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv