ABŞ-ın “American Express” şirkətinin 55 yaşlı prezidenti Ed Qilliqan dünyasını dəyişib.
Yenicag.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Məlumata görə, ölüm hadisəsi özəl təyyarədə qeydə alınıb. Onun ürəyi Yaponiyanın paytaxtı Tokio şəhərindən Nyu-Yorka qayıdarkən yolda dayanıb.
Bu faktı şirkətin baş direktoru Kennet Şeno təsdiq edib: “Edlə çalışanlar üçün bu, çox ağır və qəbuledilməyən bir itki oldu”.
Qeyd edək ki, Ed Qilliqan bu şirkətdə 35 ildir ki, çalışır. O, 2003-cü ildə prezident vəzifəsinə seçilmişdi.
www.yenicag.az