ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli İsrailə səfəri zamanı İsrail ordusunun artilleriya mərmisinin üzərinə “onları bitir” (finish them) ifadəsini yazıb.
Yenicag.az xəbər verir ki, bu anı əks etdirən fotoşəkil sosial şəbəkələrdə İsrailin BMT-dəki keçmiş nümayəndəsi Denni Danon tərəfindən yayımlanıb.
Amerika diplomatı İsrailin təcavüzü nəticəsində Qəzza zolağında 36 mindən çox dinc sakinin həlak olmasına baxmayaraq, öz hərəkətini edib.
Bundan əvvəl Heyli ABŞ prezidentliyi uğrunda seçki yarışında iştirak edib. Siyasətçi Ağ Evin keçmiş rəhbəri Donald Trampa uduzaraq kampaniyadan çıxıb.
www.yenicag.az