“Amnesty International”ın Azərbaycan DƏRDİ: “Konkret olaraq sifarişlər yerinə yetirirlər” – VİDEO

media-hightechnic-468x90

“Hər bir beynəlxalq təşkilatdan istəyimiz bərabərhüquqlu münasibətlərin qurulmasına üstünlük vermələridir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, “Amnesty International” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı qərəzli hesabatına münasibət bildirib.

Millət vəkili qeyd edib ki, mütəmadi olaraq ölkəmizə qarşı göstərilən qərəzli mövqeni təəssüflə qarşılayırıq:

“Erməni diasporunun təsiri altında Azərbaycan əleyhinə belə xəbərlər yayılır. 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatlarından sonra ərazi bütövlüyünü təmin edən ölkəmizə qarşı təzyiqlər daha da artıb. Bu təsisatların böyük əksəriyyəti bir çox dövlətlərin xarici kəşfiyyat orqanları ilə bağlıdır və konkret olaraq sifarişlər yerinə yetirirlər”.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600