Ana doğuş zamanı körpəsini doğradı

media-hightechnic-468x90

loklpTürkiyədə tükürpədici hadisə baş verib.

43 yaşlı qadın dünyaya gətirməyə hazırlaşdığı körpəsini vəhşicəsinə öldürüb.
Hadisə Kayseri şəhərində cərəyan edib. Belə ki, 43 yaşlı qadın ərindən boşanıb. H.Y adlı 22 yaşlı oğlu ilə tək yaşamağa başlayıb.

Lakin münasibətlərindən biri zamanı o hamilə qalıb. Ətrafındakılara qarnının şişməsini onda şiş olması ilə izah edib. Hamiləliyinin 8-ci ayında dərman içərək uşağı düşürməyə çalışıb. Lakin buna nail ola bilməyib və erkən doğuş başlayıb.

İddiaya görə, qadın tərs gələn körpənin ayağını qayçı ilə kəsib. Körpəni ana bətnindəcə parçalamağı düşünən qadın bu istəyinə nail ola bilməyib. Vəziyyətinin pisləşdiyini görə, qadın təcili yardıma zəng edib. Həkimlərin köməyi ilə bir ayağı kəsilən və ana bətnində ölən körpə alınıb.

Polis axtarışdan sonra hələ doğulmamış körpənin kəsilən ayağını qadının evində tapıb.
Qadının ruhi vəziyyətinin yoxlanması üçün onun əsəb dispanserində müayinə ediləcəyi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600